Gəncədə kişi arvadını başından bıçaqladı

 17:45 10.11.2025     302

Gəncədə qadın başından bıçaq yarası alıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şeybahəddin küçəsində baş verib. Şəhər sakini, 1993-cü il təvəllüdlü A.Musayeva başının bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Qadına yardım edilib, yarası tikilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, qadını həyat yoldaşı aralarında baş verən mübahisə zamanı başından bıçaqlayıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən