Qaxda yol qəzasında iki nəfər xəsarət aldı

 16:18 11.11.2025     288

Qaxda minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

Redaktor.az-ın məlumatına görə, hadisə günorta saatlarında Qax-Zaqatala avtomobil yolunun Qaxın Suskənd kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı iki nəfər 1961-ci il təvəllüdlü Balakən rayon sakini Asyat Həybullah qızı Hudulova və 1988-ci il təvəllüdlü Şəki rayon sakini Gülşa Rasim qızı Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxansının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən