Bakıda poliklinikanın həyətində torpaq sürüşməsi - YENİLƏNİB - VİDEO

 11:05 12.11.2025     278

Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində baş verən sürüşmə hadisəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hazırda hadisə yerindədir.

Redaktor.az xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyindən məlumat verilib.

Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib ki, ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcə

***

Xətai rayonu Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Vunq Tau küçəsində yerləşən 9 saylı Uşaq Poliklinikasının həyətində qeydə alınıb.

Sürüşmə nəticəsində torpaq qatı poliklinikanın həyətindəki maşının üstünə düşüb.

İlkin ehtimala görə, hadisəyə gecə saatlarında ərazidə yaşıllıqların həddindən artıq suvarılması səbəb olub.

Vumart və Güvən reklamı Vumart Güvən