Naxçıvanda qəza: 2 nəfər yaralandı

 16:54 15.11.2025     349

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, qəza Naxçıvan-Sədərək magistralında qeydə alınıb.

Hadisə zamanı "Hyundai" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.

Qəzada 2 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən