Gədəbəydə oğlunu qətlə yetirməkdə şübhəli bilinən ata saxlanıldı - YENİLƏNİB

 09:46 16.11.2025     400

Gədəbəydə 37 yaşlı oğlunu qətlə yetirməkdə şübhəli bilinən ata saxlanılıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı İlqar İlyasov saxlanılaraq istintaqa təhvil verilib.

***
Gədəbəydə qətl hadisəsi olub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Slaviyanka kəndində baş verib. Kənd sakini - 1988-ci il təvəllüdlü R.İlyasov yaşadığı evdə bıçaqlanıb. O aldığı ağır bıçaq xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, qətlə yetirilən R.İlyasov atası İlqar İlyasov tərəfindən bıçaqlanaraq öldürülüb. Polis əməkdaşkarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı İlqar İlyasov saxlanılaraq istintaqa təhvil verilib.

Hadisənin  baş vermə səbəbləri araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən