Lənkəranda zibillikdə tapılan meyitlərin kimliyi aşkarlandı - YENİLƏNİB

 13:10 17.11.2025     675

Lənkəranda 2 nəfərin yanmış meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, noyabrın 15-də Lənkəran rayonu Göyşaban kəndi ərazisində yerləşən fermalardan birinin həyətində olan metal konstruksiyalı yardımçı tikilidə baş vermiş yanğın nəticəsində 2 nəfərin yanmış meyitinin aşkar edilməsi faktı üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə halı və şəraiti tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

***

Lənkəranda yanmış meyiti tapılan şəxslərin Cəlilabad rayonunun Kazımabad kənd sakinləri olduğu məlum olub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, ötən gün yanmış meyiti tapılan şəxslərin Cəlilabad rayonunun Kazımabad kənd sakinləri - 1970-ci il təvəllüdlü Sərraf Bulud oğlu Mustafayev və 1966-cı il təvəllüdlü Əmrah Nəcəfalı oğlu Bədirov olduğu bildirilir. Onların kimliyini dəqiqləşdirmək üçün ailə üzvlərindən analiz götürülüb.

Həmin şəxslərin fermada gözətçi işlədikləri bildirilir.

Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

***

Lənkəran rayonunda 2 nəfərin cəsədi tapılıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda tapılıb.

Hal-hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. 

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən