Tovuzda pendirdən zəhərlənən bir ailənin 4 üzvinin vəziyyəti - YENİLƏNİB

 14:22 17.11.2025     712

Dünən saat 16:00 radələrində zəhərlənmə şübhəsilə 4 nəfər (2-si kişi, 2-si qadın olmaqla) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, TƏBİB-dən bildirilib ki, onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin edilib.

Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

***

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, rayon sakinləri 1986-cı il təvəllüdlü R.Əmədli, 1989-cu il təvəllüdlü V.Əhmədli, ailənin övladları 2010-cu il təvəllüdlü D.Əhmədli və 2013-cü il təvəllüdlü B.Əhmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, zəhərlənən şəxslər yaşadıqları evdə pendir yedikdən sonra zəhərləniblər. Hadisə yerinə AQTA əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən