Şəkidə yaşlı kişi evdə yanaraq ÖLDÜ

 08:28 17.11.2025     206

Şəkidə 85 yaşlı kişi fərdi yaşayış evində yanaraq ölüb.

Redaktor.az APA-ya istinadla məlumat verir ki, gecə saat 02 radələrində rayonun Bideyiz kəndində, kənd sakini 85 yaşlı Əli Saat oğlu Xasiyevə məxsus, ümumi sahəsi 100 m² olan kürsülü birmərtəbəli iki otaq və eyvandan ibarət olan fərdi yaşayış evində yanğın baş verib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğından sonra keçirilən baxış zamanı ev sahibi Ə. Xasiyevin yanmış meyiti aşkar olunub.

Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən