Goranboyda mikroavtobus qəzaya düşdü - FOTO
Goranboyda yol qəzası olub.
Redaktor.az "Unikal"a istinadən xəbər verir ki, hərəkətdə olan “İsuzu” markalı mikroavtobusla “Opel” markalı minik maşını toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Hadisə ilə bağlı araşdırma aparılır.














