Qubada hindistanlı turisti maşın vurub öldürdü

 16:18 17.11.2025     288

​Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Caqacuq kəndi yaxınlığında baş verib. 1985-ci il təvəllüdlü, Hindistan vətəndaşı Mansur Xanı avtomobil vurub. Xəsarət alan şəxs dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən