Yadigar Muradov dəfn edildi - YENİLƏNİB
Əməkdar artist Yadigar Muradov dəfn edilib.
Redaktor.az xəbər verir ki, mərhum aktyor Badamdar qəbiristanlığında torpağa tapşırılıb.
***
Əməkdar artist Yadigar Muradovla vida mərasimi Şuşa Dövlət Musiqili Dram Teatrında keçiriləcək.
Redaktor.az xəbər verir ki,bu barədə APA-ya mərhumun oğlu Yaşar Muradov məlumat verib.
O bildirib ki, Yadigar Muradovla vida mərasimi bu gün saat 12:00-da Şuşa Dövlət Musiqili Dram Teatrında təşkil olunacaq.
Əməkdar artist Badamdar qəbiristanlığında torpağa tapşırılacaq.
***
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Əməkdar artist Yadigar Muradov vəfat edib.
Redaktor.az xəbər verir ki,bu barədə teatrın "Facebook" sosial media hesabında paylaşım edilib.
Ağdam rayonunda anadan olmuş Yadigar Muradov uzun illər yaradıcılıq fəaliyyətində olub.
O, keçmiş ANS telekanalının “Qulp” verilişində Aşıq Yediyar” obrazı ilə yadda qalıb.
Bundan əlavə, sənətkar uzun müddət Şuşa Dövlət Musiqili Dram Teatrı-nın direktoru və kreativ siması kimi fəaliyyət göstərib.
Yadigar Muradov uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Oktyabr ayında vəziyyəti ağırlaşıb, reanimasiya şöbəsində müalicə alırdı.
Oğlu Yaşar Muradov bildirib ki, bədəndə infeksiya, qızdırma və digər ağırlaşmalar müşahidə edilib.
“Aşıq Yediyar” obrazı Azərbaycan televiziya tamaşaçıları üçün çox sevilən obrazlardan biri olub. Onun səhnə çıxışları, mahnıları geniş auditoriya tərəfindən yadda qalıb.
Teatr sahəsində də böyük iz buraxıb, həm səhnə, həm idarəçilik sahəsində fəaliyyətləri olub.
Aşıq Yadigarın yaradıcılığı, publisist-satirik verilişlərdə iştirakı mədəniyyətimizdə xüsusi yer tuturdu.
Tanınmış sənətkarın vəfatı mədəniyyət aləmi üçün böyük itkidir. Allah rəhmət eləsin. Ailəsinə, yaxınlarına və sənətsevərlərə dərin hüznlə başsağlığı veririk.
Ruhun şad olsun, sənətkar!













