Gəncədə 37 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB

 09:41 18.11.2025     290

Gəncədə bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 37 yaşlı T. İsmayılova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Əhməd Həsənov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, insident şəhər ərazisində qeydə alınıb.

Bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxsin 1988-ci il təvəllüdlü T. İsmayılov olduğu müəyyən edilib. Yaralı dərhal əməliyyata götürülüb və vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən