Göyçayda yol qəzasında YANĞIN

 11:47 18.11.2025     358

Göyçayda avtomobil qəzası baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, Göyçay rayonu ərazisində 24 yaşlı Xəqani Əhmədovun idarə etdiyi “Mercedes” və 60 yaşlı Bağır Feyzullayevin idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü hadisə zamanı xəsarət alıb. Qəzadan sonra "QAZel"də yanğın baş verib. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən