Turizm şirkətindən 20 min manat oğurlayan şəxs saxlanıldı

 14:35 21.11.2025     281

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları turizm şirkətindən 20 min manat oğurlayan Ş.Hüseynovu müəyyən edərək saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, araşdırmalar zamanı onun başqa bir mağazadan 620 manat taladığı da məlum olub.

Həmçinin Nəsimi RPİ-nin əməkdaşları tərəfindən özəl klinikadan 540 manat oğurlamaqda şübhəli bilinən Ş.Həsənov da tutulub.

Araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən