Şəmkirdə iki avtomobil toqquşub

 09:40 22.11.2025     254

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az
APA-ya istinadla xəbər verir ki, qəza Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən