Ağdamda yaşayış evi yandı - YENİLƏNİB

 13:40 22.11.2025     354

Ağdam rayonunun Əfətli kəndində ikimərtəbəli yaşayış evində baş verən yanğın lokallaşdırılıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, ikinci mərtəbədə baş verən yanğın üç otağa yayılıb. Ağdam yanğından mühafizə bölmələri alovun qarşısını alıb.

Əlavə təhlükəsizlik tədbirləri yerinə yetirilir.

***

Ağdamda yaşayış evi yanır.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Əfətli kəndi ərazisində baş verib.

Hadisə yerinə yerli yanğınsöndürən briqadaları cəlb olunub.

Vumart və Güvən reklamı Vumart Güvən