Qazaxda kişinin meyiti qardaşının həyətindən TAPILDI

 20:54 22.11.2025     251

Qazaxda evin həyətində kişi meyiti tapılıb.  

Redaktor.az xəbər verir ki, hadisə Qaymaqlı kəndində qeydə alınıb. 

Belə ki, 1963-cü il təvəllüdlü Əhmədov Ənvər İmran oğlunun meyiti həmin kənddə qardaşına məxsus evin həyətində, ağaclıq ərazidə tapılıb. Mərhumun hansı səbəbdən ölməsi bəlli deyil.

Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən