Heydər Əliyev prospektində maşın yandı- FOTO

 17:01 26.11.2025     259

Heydər Əliyev prospektində hərəkət edən avtomobil yanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonu, Heydər Əliyev prospekti, əsas yolda avtomobillərin birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis və digər qurumların əməkdaşları hadisə yerindədir və yaranan nəqliyyat sıxlığının aradan qaldırılması üçün tədbirlər görülür.

 

Vumart və Güvən reklamı Vumart Güvən