Gəncədə 13 yaşlı oğlan BIÇAQLANDI
Gəncədə 13 yaşlı yeniyetmə bıçaqlanıb.
Redaktor.az xəbər verir ki, 2012-ci il təvəllüdlü K.Q bədənin kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
O, aldığı xəsarətə görə əməliyyata götürülüb və vəziyyətinin stabil olduğu bildirilir.
Yeniyetmənin kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma başlanılıb.













