21 yaşlı gənc qəzada öldü - VİDEO
Ötən gün Abşeron rayonunda baş verən qəzada 21 yaşlı oğlan ölüb.
Redaktor.az xəbər verir ki, Fatmayı kəndinin ərazisində Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü Elcan Zair oğlu Ələsgərovun idarə etdiyi 90-YD-245 dövlət nömrə nişanlı "Chevrolet Cobalt" markalı avtomobil aşıb.
Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.














