Gəncədə avtobus toqquşdu - ölən və yaralananlar var
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik maşını "BAKU BUS"a məxsus sərnişin avtobusuna çırpılıb.
Nəticədə, minik maşınında olan bir nəfər hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.













