Dayə işlədiyi evdən 60 min manatlıq qızıl oğurladı

 17:33 28.11.2025     247

Bakının Xətai rayonunda talama cinayəti baş verib.

Redaktor.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək evindən 60 000 manat dəyərində qızıl-zinət əşyasının qeyri-aşkar şəraitdə oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla cinayət əməlini törətməkdə şübhəli bilinən 52 yaşlı Mənşurə Əliyeva müəyyən olunaraq tutulub. Araşdırmalarla həmin şəxsin dayə kimi çalışdığı evdən son 3 ay ərzində hissə-hissə qızıl-zinət əşyalarını oğurladığı məlum olub.

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən