Nərimanovda bina yandı - Video + YENİLƏNİB

 19:46 28.11.2025     516

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş yanğın tam söndürülüb.

Redaktor.az xəbər verir ki, hadisə zamanı xəsarət alan olmayıb.Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əlicabbar Orucov küçəsində çoxmərtəbəli binada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

Məlumata görə, binanın altıncı mərtəbəsinin blokunda başlayan yanğın yuxarıya doğru irəlləyir. Bina sakinləri hamısı təxliyə edilib.

Vumart və Güvən reklamı Vumart Güvən