Gəncədə dəm qazından zəhərlənən şəxslərin VƏZİYYƏTİ - YENİLƏNİB

 13:28 29.11.2025     788

29.11.2025-ci il tarixində saat 02:10 radələrində 3 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Bu barədə Redaktor.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, dəm qazının toksiki təsiri diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. 

Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Məhrəsə Bağı adlanan ərazisində baş verib.

Belə ki, 2008-ci il təvəllüdlü G.Cəfərova,1976-cı il təvəllüdlü L.Cəfərova və 1991-ci il təvəllüdlü Z.Qurbanova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən