Bakıda pəncərədən yıxılan 3 yaşlı uşaq xəstəxanaya yerləşdirildi

 14:01 29.11.2025     289

Bakıda pəncərədən yıxılan 3 yaşlı uşaq xəstəxanaya yerləşdirilib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

Məlumata görə, Qaraçuxur qəsəbə sakini 2022-ci il təvəllüdlü H.Ə. yaşadığı evin 2-ci mərtəbəsindəki pəncərəsindən yıxılıb.

Xəstəxanaya yerləşdirilən H.Ə.-nin vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən