6 aylıq körpə iynə vurulduqdan sonra ÖLDÜ
Cəlilabadda 6 aylıq körpə iynə vurulduqdan sonra həyatını itirib.
Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, körpə səhhətində yaranan problem səbəbilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müayinə edilib.
Valideyn Amiq Mirzəyev bildirib ki, müayinədən sonra övladına vurulan iynə onun vəziyyətini daha da ağırlaşdırıb.
Körpə təcili qaydada Bakıda yerləşən xəstəxanaların birinə aparılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.













