Bakıda avtomobil piyadanı VURDU

 09:46 01.12.2025     229

Bakıda avtomobil piyadanı vurub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

Belə ki, Zakir Musayev idarə etdiyi “Toyota-Prius” markalı avtomobillə hərəkətdə olarkan piyada 1975-ci il təvəllüdlü Elşən Əskərovu vurub.
Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabunçu cinayət işi başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən