Sumqayıtda yataqxanada YANĞIN

 17:35 01.12.2025     285

Sumqayıt şəhərində yanğın olub.

Redaktor.az FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yataqxana binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 3 ədəd elektrik sayğacı, 6 ədəd qoruyucu açar və 2 paq.m elektrik kabeli yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən