Lökbatanda avtomobilin yanması nəticəsində bir nəfər öldü - YENİLƏNİB

 09:58 03.12.2025     378

Bakı şəhərinin Qaradağ rayonunda "DongFeng" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində minik avtomobili yanıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, yanğın zamanı avtomobilin içərisində 1 nəfərin yanmış meyiti aşkar edilib.

Vumart və Güvən reklamı Vumart Güvən