Qəzaya uğrayan maşın restoranın həyətinə düşdü - VİDEO

 17:44 03.12.2025     328

Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az “Unikal”a istinadən xəbər verir ki, idarəetmədən çıxan “Toyota Corolla” markalı avtomobil yolun kənarına düşüb.

Restoranın həyətinə düşdüyü bildirilən nəqliyyat vasitəsinə ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Vumart və Güvən reklamı Vumart Güvən