Sabunçu Tibb Mərkəzinin həyətində ölü döl TAPILDI - YENİLƏNİB

 12:38 05.12.2025     358

Dünən saat 14:30 radələrində Sabunçu Tibb Mərkəzinin ərazisində, olan ağaclıq sahədə daxili mühafizə xidməti tərəfindən ölü döl aşkar edilib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, Sabunçu Tibb Mərkəzindən bildirilib ki, dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib və əraziyə baxış keçirilib. İlkin məlumata görə, aşkarlanmış ölü döl 34–36 həftəlik hamiləlik dövrünə uyğundur.

Qeyd edilib ki, ölü dölün aşkar olunması faktı ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

***

Bakıda 6 aylıq döl tapılıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Dekabrın 4-də Sabunçu Tibb Mərkəzinin həyətində 6 aylıq ölü döl tapılıb.

Araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən