21 yaşlı qadın doğuş zamanı ÖLDÜ - YENİLƏNİB

 11:37 05.12.2025     319

2004-cü il təvəllüdlü, 23-24 həftəlik hamilə dekabrın 2-də saat 22:50 radələrində Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Redaktor.az APA-ya istinadən xəbər verir kİ, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, pasiyentin daxil olarkən şikayəti, deməsinə görə, bir neçə gündür davam edən öskürəkdən, bədən temperaturunun yüksəlməsindən olub.

"Tənəffüs sistemi xəstəliyi, ağciyər çatışmazlığı, bakterial infeksiya, pnevmoniya diaqnozları təyin edilən şəxs klinik laborator instrumental müayinələrdən keçirilib, zəruri tibbi xidmətlər göstərilib.

03.12.2025 tarixində saat 01:30 radələrində xəstədə təngnəfəslik, ardından boğulma başlayıb. Reanimatoloq baxışından sonra müvafiq təyinatlar verilən pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 06:10 radələrində biolojı ölüm qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin aidiyyəti şöbəsinə təhvil verilib",- deyə məlumatda bildirilib.

***

Bakıda 21 yaşlı qadın doğuş zamanı ölüb.

Redaktor.az APA-ya istinadən xəbər verir kİ, hadisə Yasamal rayonunda baş verib.

Məlumata görə, rayonun A.M.Şərifzadə küçəsində yerləşən xəstəxanada Qazax rayon sakini 2004-cü il təvəllüdlü Lalə Süleyman qızı Süleymanova doğuş zamanı ölüb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən