Zaqatalada avtomobil 57 yaşlı qadını vuraraq ÖLDÜRDÜ

 11:00 06.12.2025     720

Zaqatalada avtomobil 57 yaşlı qadını vuraraq öldürüb. 

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün səhər Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisindəbaş verib. Rayonun Aşağı Tala kənd sakini 1968-ci il təvəllüdlü Dilbər Osmanova hərəkətdə olan minik avtomobili tərəfindən vurulub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən