Qanunsuz balıq ovlayan şəxs saxlanıldı

 16:01 08.12.2025     205

Su anbarında qanunsuz balıq ovlayan şəxs müəyyən olunub.

Redaktor.az xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə su anbarında qanunsuz olaraq balıq ovu ilə məşğul olan Ə.Cəfərov saxlanılıb.

Həmin şəxsdən qanunsuz ovladığı balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb.

Faktla bağlı araşdırmalar aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən