Güllələnmiş Nicat Quliyev bu şəxsin oğlu imiş - FOTO

 10:17 09.12.2025     703

Dünən paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyiti tapılan Nicat Quliyevin anası Mətanət Quliyeva Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti akademik İsa Həbibbəylinin baldızıdır.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Filologiya üzrə fəlsəfə doktoru olan M.Quliyeva Naxçıvan Dövlət Universitetinin dosenti və kafedra müdiridir.

Hadisəyə gəlincə, Nicat Quliyevin özünə silahla atəş açaraq həyatına qəsd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən