Xanəndə maşını aşırdı- Atası və azyaşlı övladı ÖLDÜ

 15:41 09.12.2025     448

Zərdabda qəza törədən şəxs xanəndə olub.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Muğam müsabiqəsi”nin iştirakçısı olan Məftun Məmmədovun idarə etdiyi avtomobil qəzayra uğrayıb.

Hadisə nəticəsində xanəndənin atası İntiqam Məmmədov və azyaşlı övladı Tunar Məmmədov həyatını itirib.

***

Zərdabda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Zərdab–Kürdəmir avtomobil yolunda hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1 nəfər ölüb, 4-ü xəsarət alıb. Yalananlar Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən