Goranboyda yol qəzasında 3 nəfər xəsarət ALDI

 17:05 09.12.2025     707

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, rayon ərazisində "Toyota" və "VAZ 2105" markalı minik maşınları toqquşub.

Qəzada 2005-ci il təvəllüdlü A.Əmrahova,1977-ci il təvəllüdlü S.Ələsova və 1995-ci il təvəllüdlü E.Hüseynova xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən