İtkin düşmüş balıqçıların axtarışına helikopter cəlb olundu - YENİLƏNİB

 13:16 11.12.2025     1134

Astarada dənizdə itkin düşən balıqçıların axtarışına helikopter cəlb olunub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, dekabrın 9-u səhər saat 8-də balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar Turan Həsənov və Ağadədə Həsənovun axtarışlarına helikopter cəlb olunub.

Artıq FHN-ə məxsus helikopter ərazidə axtarışlara başlayıb.

***

Astarada dənizdə itkin düşən balıqçıların kimliyi məlum olub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, itkin düşən 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun qohum olduqları bildirilir.

***

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Astara rayonu ərazisində Xəzər dənizində 2 nəfərin itkin düşməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə FHN-in Mətbuat xidmətindən Redaktor.az-a bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən