86 yaşlı kişi kanalda boğuldu

 14:58 11.12.2025     376

Göygöl rayonunda 86 yaşlı kişi bədbəxt hadisə nəticəsində vəfat edib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, 1939-cu il təvəllüdlü Hilal Cəfərov rayonun Ərəbli kanalında boğulub. 

Mərhumun meyiti kanaldan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən