Ucarda canavarlar kəndə hücum ETDİ

 14:56 12.12.2025     399

Ucarda vəhşi heyvanlar kəndə hücum edib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə gündüz saatlarında rayonun Alpout kəndində baş verib. Kənd sakini Şamil Hüseynovun fərdi təsərrüfatına sürü halında hücum edən canavarlar 6 baş qoyunu parçalayıb. Ev sahibinin dediyinə görə, ona təxminən 2500 manat maddi ziyan dəyib.

Sakinlər bu cür halların son vaxtlar tez-tez baş verdiyini, qarşısını ala bilmədiklərini bildiriblər.

Vumart və Güvən reklamı Vumart Güvən