Goranboyda 14 yaşlı qızı avtomobil VURDU

 17:42 14.12.2025     1043

Goranboyda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

REdaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Naftalan şəhər sakini 1941-ci il təvəllüdlü Ə.Aslanov idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman yolu keçmək istəyən rayon sakini 2011-ci il təvəllüdlü A.Əsədovanı vurub.

Dərhal yeniyetmə qız xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin hazırda orta ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən