Qaradağda zəncirvari qəza tıxaca səbəb oldu - YENİLƏNİB

 09:00 15.12.2025     494

14.12.2025-ci il tarixində saat 20:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərə (kişi) yerində ilkin tibbi xidmət göstərilib.

***

Qaradağ rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə “KİA Sportage”, “Range Rover”, “Changan”, “Volkswagen” və “BMW” markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

Qəza səbəbilə yolda uzun tıxac yaranıb. Hadisə zamanı sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Əraziyə Dövlət Yol Polisi və Təcili Tibbi Yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən