Velosipeddən yıxılan 9 yaşlı oğlan ÖLDÜ

 15:43 15.12.2025     388

Ağdamda velosipeddən yıxılan 9 yaşlı uşaq ölüb.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Alıbəyli kəndində baş verib.

2016-cı il təvəllüdlü Hüseyn Rüfət oğlu Baxşəliyev velosipedlə hərəkətdə olarkən idarəetməni itirərək yıxılıb. Nəticədə H.Baxşəliyevin başı daşa dəyib və o, hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən