Sumqayıtda tapılan azyaşlının valideynləri AXTARILIR

 19:07 15.12.2025     461

Sumqayıtda tapılan azyaşlının valideynləri axtarılır.

Redaktor.az  xəbər verir ki, bu gün saat 18:00 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində təxminən 3-4 yaşlarında uşaq tapılıb. Azyaşlı ərazi üzrə polis orqanına gətirilib. 

Azyaşlını və ya onun valideynlərini tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan (018) 646-06-94 şəhər və (070) 908-18-19 mobil nömrələrinə, həmçinin Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə müraciət etmələri xahiş olunur.

Vumart və Güvən reklamı Vumart Güvən