3 ay əvvəl qəzada yaralandı, bu gün ÖLDÜ

 11:23 16.12.2025     270

Qubada sentyabrda baş verən qəzada xəsarət alan şəxs ölüb.

Redaktor.az xəbər verir ki, Bakı-Quba yolunda sentyabrın 26-da baş verən qəzada xəsarət alan Ceyhun Yusifov xəstəxanada ölüb.

Qeyd edək ki, sentyabrın 26-sı saat 20 radələrində Bakı-Quba yolunun 174-cü km-də Ağbil kəndinin ərazisində kənd sakini Ceyhun Yusifov idarə etdiyi “VAZ-21011” markalı avtomobili ağaca vurub.

C.Yusifov və sərnişini 2001-ci il təvəllüdlü Asim Qafarov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Vumart və Güvən reklamı Vumart Güvən