Qubada maşın piyadanı VURDU

 09:39 18.12.2025     275

Qubada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İkinci Nügədi kəndində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü, Murad Ömərov idarə etdiyi avtomobillə hərəkətdə olan zaman yolun kənarındakı 1976-cı il təvəllüdlü piyada Saleh Əliyevi vurub.

Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən