Özlərini jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanıldı

 11:03 18.12.2025     254

Balakəndə özlərini jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar.

Redaktor.az xəbər verir ki, rayonda özlərini jurnalist kimi təqdim edən iki nəfərin vətəndaşlardan hədə-qorxu ilə pul tələb etmələri barədə polisə məlumat daxil olub.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə həmin şəxslər - 48 yaşlı Mübariz Nağıyev və 47 yaşlı Elmar Əliyev müəyyən edilərək saxlanılıb.

Məlumata görə, onlar əsasən stomatoloqlara yaxınlaşaraq guya qanunsuz fəaliyyət göstərmələri barədə videoçəkiliş etməklə hədə-qorxu gəliblər və zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitlərini ələ keçiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

 

 

Vumart və Güvən reklamı Vumart Güvən