Qubada avtobus ana və övladını VURDU - YENİLƏNİB
Dekabrın 18-də saat 13:00 radələrində Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə biri aqonal vəziyyətdə olmaqla, 2 nəfər (qadın) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Redaktor.az APA-ya istinaadən xəbər verir ki, bu barədə Quba Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
“Onlara sol bazunun epifiziolizi, həyatla uzlaşmayan müştərək travma, aqonal vəziyyət diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2017-ci il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb. 1998-cı il təvəllüdlü şəxsə göstərilən bütün zəruri reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 13:20 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib”, - məlumatda deyilir.
***
Qubada ana və övladını avtobus vurub.
Redaktor.az xəbər verir ki, Quba-Xaçmaz marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu piyada 1998-ci il təvəllüdlü İsrafilova Əminə Sahib qızını vurub. O, Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qəza zamanı qadının yanında olan azyaşlı övladı da xəsarət alıb.
Hadisə ilə bağlı araşdırma aparılır (APA).













