Tanınmış həkim vəfat ETDİ
Ağsu Rayon Mərkəzi Xəstəxanasının həkim-otorinolarinqoloqu, Həmkarlar İttifaqının sədri, I Qarabağ müharibəsinin iştirakçısı Vəli Vəliyev 18.12.2025-ci il tarixində vəfat edib.
Redaktor.az bu barədə Ağsu Rayon Mərkəzi Xəstəxanasının feysbuk hesabına istinadən məlumat verir.
"Vəli Vəliyev həm peşəkar həkim, həm də vətənə sədaqətlə xidmət etmiş döyüşçü kimi onu tanıyan hər kəsin yaddaşında daim hörmət və ehtiramla xatırlanacaqdır", - deyə xəstəxana kollektivinin başsağlığında deyilir
Allah rəhmət eləsin!
Xədicə BAXIŞLI













