Ağakərimin dəfn ediləcəyi YER - YENİLƏNİB
Meyxanaçı Ağa Kərim Novruzov sabah Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn ediləcək.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.
Bildirilib ki, Kərim Novruzovla vida mərasimi saat 11:00-da yaşadığı evdə keçiriləcək.
Qeyd edək ki, o bu gün uzun sürən xəstəlikdən sonra yaşadığı mənzildə vəfat edib.
***
Meyxanaçı Ağa Kərim (Kərim Novruzov) vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.













